Ağsunun rəhbəri Ənvər Seyidəliyev özünün sexində hazırladığı daşları dövlətə satır
Əksər rayonlarda icra başçıları büdcədən ayrılan pulları mənimsəməklə məşğuldurlar. Bunun üçün park tikmək, yolların kənarlarını daşla hörmək və digər işlərdən istifadə olunur. Analoji vəziyyət Ağsu rayonuda da baş verir. Amma Ağsuda icra başçısı bunu çox ustalıqla həyata keçirir.
"Vətəninfo.az"ın "Bolgexeber.com"-a istinadən verdiyi məlumata görə, Ağsunun icra başçısı Ənvər Seyidəliyev rayondakı keçmiş RTS-in həyətində özünə daş karxanası yaradıb. Mənbə bildirir ki, həmin karxana ilboyu icra başçısının əsas gəlir mənbələrindən biridir. Belə ki, vaxtıyla RTS-in müdiri olmuq Seyidəliyev elə həmin yeri özəlləşdirdikdən sonra, yaratdığı daş sexi ilə də qazanac əldə etməyə başlayıb.
Məlumatda deyilir ki, hal hazırda rayonda yolların qıraqlarına səki çəkmək üçün daşlardan istifadə edən fəhlələrə bu malı məhz Ənvər Seyidəliyevin sexindən gətirirlər. Belə ki, həmin «bardyor»ları dövlətə ustalıqla satan icra başçısı bundan böyük miqdarda pul qazanıb. Daha doğrusu, Ağsunun icra başçısı büdcənin pulunu götürüb, rahatlıqla cibinə qoyur.
Bundan başqa, Ənvər Seyidəliyevin rayonda bir sıra problemlər yaratdığına dair də məlumatlar var. Hal hazırda icra başçısının Ağsunun Tarix və Diyarşünaslıq Muzeyinin rəhbəri ilə münasibətlərinin korlanması və bu yaxınlarda inrafkt keçirən təhsil şöbəsinin müdiri ilə aralarında yaranmış problemləri araşdırmaqla məşğuluq. Yaxın günlərdə bu barədə geniş məlumat verəcəyik.
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“Ramiz Mehdiyev və Əli Həsənovun xalqdan oğurladıqları geri qaytarılacaqmı?”
Ermənilər Şeyxi hədəfə aldı...