Son günlər məmur övladarı və onların yaxın qohumlarının dəbdəbəli həyat tərzi ölkə mediasının gündəmini zəbt edib.
Miq.az xəbər verir ki, bu dəfə Göyçay rayon icra başcısı Mehdi Səlimzadənin qardaşı oğlunun fotoları sosial şəbəkədə xeyli müzakirə səbəbinə çevrilib.
Yayılan məlumatlarda Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin qardaşı oğlu olduğu iddia edilən Səməd Cəbrayılovun bahalı avtomobili və milyonlarla qiyməti olan villasının görüntüsü yayılıb.
Yayılan fotolarla bağlı şərhdə bunlar qeyd edilir: "Bu gün məmləkətimizdə kasıbçılığın sürətlə inkşaf etdiyi bir vaxtda, məmur qohumları günbəgün varlanırlar. Belə ki, Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin qardaşı oğlu Səməd Cəbrayılova məxsus bu möhtəşəm villa Qəbələ rayonunda yerləşir. Əmisinin yaratdığı şərait və verdiyi imtiyaz nəticəsində corab almağa imkanı olmayan qardaş oğlu 2 il ərzində milyonlara sahib olub. Səməd Cəbrayılov Göyçayda, Qəbələdə və Bakı şəhəində villalara, bahalı avtomobillərə, obyektlərə sahib olub”.
Vəzifəsinə görə bu qədər mülkü alacaq maaşı olmayan icra başçısının qardaşı oğlu əgər bu qədər varlana bilirsə, başçının gəlirləri, mülkləri mütləq dövlət tərəfindən araşdırılmalıdır. Səməd Cəbrayılov əmi "nəvazişi” ilə bu qədər maddi imkana sahib olan yeganə məmur qohumu deyil.
Redaksiyadan: Bir daha bəyan edirik ki, bu xəbər facebook sosial şəbəkəsində "Gundem xeber” səhifəsində paylaşılıb.




Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
Namiq Hacıheydərlisiz təqvim...
Nazim Hikmətin salamını almayan Leventə cavabı
Emil Rasimoğlu: "Xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir"
SU KİMİ ŞƏFFAF ÖMÜRLÜ İNSAN..
Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."
Dustaqlara nə deyərdim?
Fəlakətin Əsiri
Ədəbiyyatımızda "GÜLLƏLƏNMİŞ" BAŞ redaktorlar
Yalnız Qürbətdə Vətənin əclaflığını və soydaşların əclafını da sevmək olur!
Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...
Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı
Paşa Talıblıdan yeni şeirlər: "Cəllad can seyrinə çıxır..."
"Allahın altından yer istəmirəm..."— Paşa Talıblıdan yeni şeirlər
"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan YENİ ŞEİRLƏR
İlham Əliyev Monqolustan səfirini qəbul etdi
Ramiz Rövşən: SON GÖRÜŞ