İcra başçısının qardaşının intiharı ilə bağlı - Rəsmi açıqlama

İcra başçısının qardaşının intiharı ilə bağlı - Rəsmi açıqlama
 
İcra başçısının qardaşının ölümü ilə bağlı cinayət işi başlandı - Nə baş verib?
Lənkəran rayon İcra Hakimiyyəti başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun ölümü ilə bağlı cinayət işi başlanılıb.

APA-nın əldə etdiyi xəbərə görə, ötən gün rayonun Pirəköcə kəndində 1975-ci il təvəllüdlü Azər Qaraşovun odlu silahdan açılan atəş nəticəsində ölməsi ilə bağlı Kürdəmir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda zəruri istintaq tədbirləri həyata keçirilir.

Xatırladaq ki, ötən gün Azər Qaraşovun yaşadığı evdə özünü güllələyərək öldürməsi barədə məlumat yayılıb.

Lənkəran rayon İcra Hakimiyyətindən isə bildirilib ki, Azər Qaraşov intihar etməyib, silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən həyatını itirib.
 
****
 
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun intiharı ilə bağlı cinayət işi açılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, iyulun 26-sı saat 17 radələrində Kürdəmir rayonu, Pirəköçə kənd sakini 1975-ci il təvəllüdlü Azər Qaraşovun odlu silahdan açılmış atəş nəticəsində almış olduğu xəsarətdən ölməsi faktı ilə bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılmaqla istintaq aparılır.

Qeyd edək ki, Lənkəran Şəhər İcra Hakimiyyəti açıqlama yayaraq hadisənin ehtiyatsızlıqdan baş verdiyini bildirmişdi.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az