İki general sərəncama göndərildi – Araşdırma aparılır

İki general sərəncama göndərildi – Araşdırma aparılır
Dövlət Gömrük Komitəsində iki general sərəncama göndərildi. 

Unikal.org-a daxil olan eksklüziv xəbərdə bildirilir ki, Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin əmri ilə Hava Nəqliyyatında Baş Gömrük idarəsinin rəisi, gömrük xidməti general-mayoru Sadiq Abduyev və Gömrük Hospitalının, Tibbi Xidmət İdarəsinin rəisi general-mayor Qədiməliyev Fikrət Gülverdi oğlu tutduğu vəzifəsindən azad edilərək, sərəncama göndərilib.
Sadiq Abduyev eksklüziv olaraq Unikal.org-a açıqlamasında bildirib ki, hazırda rəhəbri olduğu qurumda və Gömrük Hospitalında hüquqi araşdırma aparılır: 
"Hər hansı müdaxilə olmaması üçün mən və Fikrət Qədiməliyev sərəncama göndərilmişik. Yəqin ki, işimizlə bağlı aparılan araşdırmadan sonra qərar veriləcək”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az