İki qatar eyni yerdə qəzaya uğradı: 30 nəfər öldü

İki qatar eyni yerdə qəzaya uğradı: 30 nəfər öldü
Hindistanın dəmir yolunda baş verən iki insident nəticəsində ən azı 30 nəfər həlak olub.
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, 25 nəfərə yaxın adam müxtəlif dərəcəli xəsarətlər alıb.
İnsident güclü yağışdan sonra çaylarda suyun səviyyəsinin artması nəticəsində körpülərin də dağılması səbəbindən baş verib. Qatarlar müxtəlif istiqamətlərə hərəkət etsələr də, faktiki eyni yerdə qəzaya uğrayıblar.
Relsdən çıxan bir neçə vaqon çaya düşüb. Məlumatda qeyd edilir ki, indiyədək qatarlardan birinin ölən 20 sərnişinin meyiti sudan çıxarılıb.
Vətəninfo.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az