İlham Əliyev: "Düşməni məcbur etdik ki, Ağdam rayonundan çəkilsin"

İlham Əliyev:

"Baxın, müdafiə xətti. Ağdam şəhərinədək bir neçə ədəd müdafiə xətti var idi düşmənin”.

Miq.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ağdam şəhərinə səfəri zamanı deyib.

"Biz işğaldan azad edilmiş torpaqlara keçirik. İstiqamət Ağdam şəhəridir. Ağdam şəhərini və işğal altında olmuş Ağdam rayonunun torpaqlarını biz bir güllə atmadan azad etdik. Düşməni döyüş meydanında məğlub edərək məcbur etdik ki, Ağdam rayonundan çəkilsin”, - Prezident bildirib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az