İlham Əliyev Ərdoğana zəng etdi

İlham Əliyev Ərdoğana zəng etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Miq.az-ın məlumatına görə, dövlət başçısı Türkiyədə hərbi çevriliş cəhdini qətiyyətlə pisləyərək bildirib ki, Azərbaycan xalqı və dövləti həmişə olduğu kimi, Türkiyə xalqı və dövlətinin yanındadır. Prezident İlham Əliyev çevriliş cəhdinin qarşısının alınması nəticəsində həlak olanların ailə üzvlərinə və Türkiyə Prezidentinə başsağlığı verib, yaralılara şəfa arzulayıb.

Azərbaycan Respublikasının Prezidenti əminliyini ifadə edib ki, Türkiyəni bundan sonra da heç bir qüvvə inkişaf və demokratiya yolundan döndərə bilməz.

Prezident Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevin və Azərbaycan xalqının göstərdiyi qardaşlıq mövqeyini yüksək qiymətləndirərək bildirib ki, Türkiyə rəhbərliyi ölkədə vəziyyəti normallaşdırmaq üçün bütün lazımi tədbirləri görməkdədir. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az