İlham Əliyev həmkarlarını təbrik etdi

İlham Əliyev həmkarlarını təbrik etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Koreya Xalq Demokratik Respublikasının Dövlət İşləri üzrə Komissiyasının Sədri, Koreya Xalq Ordusunun Ali Baş Komandanı Zati-aliləri cənab Kim Çen Ina təbrik məktubu göndərib.
 
Miq.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
 
Təbrikdə deyilir:
 
"Zati-aliləri,
 
Ölkənizin milli bayramı – Koreya Xalq Demokratik Respublikasının yaranması günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
 
Ümidvaram ki, ölkələrimiz arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və möhkəmlənəcəkdir.
 
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və rifah diləyirəm”.
 
***
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Zati-aliləri cənab Emoməli Rəhmona təbrik məktubu göndərib.
 
Təbrikdə deyilir:
 
"Hörmətli Emoməli Şərifoviç,
 
Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizi və Sizin şəxsinizdə dost Tacikistan xalqını ürəkdən təbrik edirəm.
 
Azərbaycanı və Tacikistanı sıx dostluq, əməkdaşlıq və qarşılıqlı fəaliyyət telləri bağlayır. Əminəm ki, çoxəsrlik mehribanlıq ənənələrinə əsaslanan ikitərəfli münasibətlərimiz bundan sonra da möhkəmlənəcək və dinamik inkişaf edəcək.
 
Hörmətli Emoməli Şərifoviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dövləti fəaliyyətinizdə uğurlar, dost Tacikistan xalqına sülh və firavanlıq arzu edirəm”.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az