İlham Əliyev: "Təmas xəttindəki vəziyyət narahatlıq doğurur"

İlham Əliyev:

Rusiya xarici işlər naziri ilə görüşdə Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Dağlıq Qarabağda təmas xəttindəki vəziyyət narahatlıq doğurur.

Son günlər qoşunların təmas xəttində vəziyyət kəskinləşib, insan itkiləri var. 

Bu barədə Azərbaycan prezidenti İlham Əliyev Rusiya xarici işlər naziri Sergey lavrov ilə görüşdə deyib.

Prezident bildirib ki, Dağlıq Qarabağda təmas xəttindəki vəziyyət narahatlıq doğurur.

"Rusiyanın təşəbbüsü ilə atəşkəslə bağlı razılıq əldə olundu. Lakin ermənilər buna əməl etmədilər və atəşkəs yenidən pozuldu. Biz danışıqları davam etdirmək istəyirik. Bu gün ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul etdim. Onlara da dedim ki, Azərbaycan sülh prosesinə sadiqdir", - İlham Əliyev bildirib.

Sergey Lavrov qeyd edib ki, Rusiya Dağlıq Qarabağda atəşkəs rejiminin qorunması üçün əlindən gələni edəcək: "Vəziyyəti sakitləşdirmək lazımdır". 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az