İlham Əliyevdən Baş Prokurorluğa YENİ TƏYİNATLAR

İlham Əliyevdən Baş Prokurorluğa YENİ TƏYİNATLAR

Baş prokurora yeni müavinlər təyin olunub.

Miq.Az-ın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Elçin Məmmədov Baş Prokurorun birinci müavini təyin edilib.

Buna qədər Baş Prokurorun birinci müavini Rüstəm Usubov olub.

Baş Prokurorun digər müavinləri isə Elmar Camalov və Nazim Rəcəbov təyin edilib.

N.Rəcəbov, həmçinin, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəhbəri vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, bu təyinatlara qədər Elçin Məmmədov Lənkəran, Elmar Camalov isə Mingəçevir şəhər prokuroru vəzifəsində çalışıblar. N.Rəcəbov isə Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi olub.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az