“Veteninfo.az”ın əldə etdiyi məlumata görə, «Putinin dostu» ləqəbli iş adamı İlham Rəhimov Azərbaycanda 2013-ci ilin oktyabr ayında keçirilməsi gözlənilən prezident seçkilərində Rusiyanın dəstəklədiyi namizəd ola bilər. Belə ehtimal olunur ki, hakimiyyətdə təmsil olunan Rusiyameylli məmurların bəziləri də İlham Rəhimova dəstəkləyə bilərlər.
Artıq, Gürcüstanda Rusiyameylli İvanaşvilinin siyasi hakimiyyətə gəlməsi Rusiyanın cənubi Qafqaz siyasətində fəallaşmasını göstərir.
Cənubi Qafqazda tək olaraq, müstəqil xarici-daxili siyasət yürüdən Azərbaycanda da, bu ssenarinin həyata keçirilməsi üçün rəsmi Kremlinin hərəkətə keçməsi ilə bağlı bilgilər verilir. Belə ki, Rusiya Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin dövründə əsası qoyulan və bu gün prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən, balanslı xarici siyasət rəsmi Kremlini qane etmir. Ona görə, Kremli Azərbaycanda da bu işi özünə yaxın olan iş adamları vasitəsilə həyata keçirməyə çalışır. İddialara görə, Rusiya İlham Əliyevin baş nazir, İlham Rəhimovun isə prezident olmasına çalışır. Rusiya heç də, prezident İlham Əliyevin hakimiyyətdən uzaqlaşdırılmasında maraqlı deyil. Mənbə bu səbəbi onunla bağlayır ki, Kremli Azərbaycan xalqının meydanlara çıxıb, İlham Əliyevi müdafiə etməsindən çəkinir. 1994-cu ilin oktyabr mitinqləri buna misal ola bilər. Rusiyada bu hadisələr yaddan çıxmayıb. Belə ki, o zaman Heydər Əliyev prezidentliyi dövründə Rusiyanın bəzi qüvvələrinin dəstək verdiyi Surət Hüseynov faktoruna görə, yüz minlərlə insan Azadlıq meydanına çıxıb, öz etirazını bildirmişdir. Bundan sonra Rusiya bəzi qüvvələr geri çəkilməyə məcbur olmuşdur. İndi də həmin hadisənin təkrarlanmayacağı istisna deyil.