Vətəninfo.az xəbər verir ki, milli komanda dünən AVRO-2016-nın seçmə mərhələsində mübarizəyə qoşulub. APA-nın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, Berti Foqtsun rəhbərlik etdiyi yığma yeni tsiklə Bakıda baş tutan ev oyunu ilə start verib.
İlk dəfə AVRO-1996-nın seçmə mərhələsində çıxış edən komandamızın rəqibi Bolqarıstan millisi olub. “Bakcell Arena”da baş tutan qarşılaşmada komandamız uduzub. İlk hissədə qapısından top buraxan yığmamız ikinci yarında hesaba tarazlıq gətirib. Lakin oyunun sonuna 3 dəqiqə qalmış, matça ikinci hissədə daxil olan Ventsislav Xrisov komandasını sevindirib – 1:2.
Qeyd edək ki, matçı İsraildən olan hakimlər briqadası idarə edib.
AVRO-2016-nın seçmə mərhələsi
H qrupu
9 sentyabr
AZƏRBAYCAN - BOLQARISTAN - 1:2
QOLLAR: Dmitri Nazarov, 45 - İliyan Miçanski, 14, Ventsislav Xrisov, 87
Baş hakim: Alon Yefet
Vətəninfo.az
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib