Vlyamabaddan xoş xəbərlər gəlmir
Vlyam Hacıyevin bu rayona başçı göndərilməsi ilə,İmişli əhalisi elədə ciddi uğur əldə etmədilər.Sanki bu rayona yeni bəlalar gəlməyə başlayıb.Düzdü cənab Hacıyev şobiznes təmsilçilərinin dili ilə ekranlardan özünə təriflər dedizdirsə də, “görünən köyə nə bələtçi”atalar misalı elə bir Vilyam Hacıyev və onun idarəçiliyində olan İmişli üçün nəzərdə tutulub. İmşli və orada baş verən hadisələrlə bağlı redaksiyamıza müxtəlif məlumatlardaxil olmaqdadır.Bu məlumatlar içərisində önəmli olanları “Vətəninfo.az” olaraq çatdırmaq istədik.Məlumatlardan biri İmişli Tibbi Sosial Ekspertiza şöbəsinin sədri Məmmədəli İbrahimovla bağlıdı. Məlumata görə,əlillik dərəcəsi olmayan şəxslərə 1500-2000 min AZN-nə əlillik dərəcəsi verir. Məlumatda qeyd edilir ki,idarə rəisi maşınyuma məntəqəsində işləyən Amil Səmədov adlı şəxsə də həmin əsaslarla belə bir əlillik dərəcəsi verib.Məlumatda qeyd olunur ki, ohətta Rusiyada yaşayan və işləyən bir nəfərin bura gəlmədən 250 manatın alıb ona təkrar dərəcə verib.
İmişli Elektirik Şəbəkə rəisi işcilərə divan tutur
İmişli Regional Elektrik Şəbəkəsinin rəisi Rövşən Rəsulovdanda elə də ürəkaçan xəbərlər daxil olmayıb. Məlumata görə, rayondan olan təcrübəli kadrlara qarşı idarə rəisi bir növ soyqırım həyata keçirir ki, bud a yerli İmişlidən olan təcürbəli mütəxəsisləri narahat etməyə başlayıb. İdarə rəisi ilə bağlı daxil olan ən maraqlı məlumat isə ondan ibarətdir ki,bu günlərdə xanım işçilərindən biri ilə əyləncədən gələn Rövşən Rəsulov xidmeti maşını ilə qəza törədib. Məlumata görə, R.Rəsulov sərxoş vəziyyətdə olduğu üçün maşını xanım idarə edirmiş.
Qeyd edək ki.bu məlumatlarla bağlı adları hallanan şəxslərin mövqeyini redaksiyaolaraq təqdim etməyə hazırıq.
Kamran