İmişlidə mətbuat rəzilliyi

İmişlidə mətbuat rəzilliyi

Milli mətbuatın 137-ci il dönümü münasibətilə ölkənin dövlət  və hökumət orqanlarında, eyni zamanda müxtəlif vətəndaş cəmiyyətini təmsil edən QHT-lərdə mətbuatda çalışan media nümayəndələri bayram münasibətilə təbrik olunmaqdadırlar. Ancaq bunu İmişli rayonu haqqında demək olmaz. 

Vilyam Hacıyevin icra başçısı oldugu İmişlidə dünən mətbuat nümayəndələri təhqir olunublar. “Vətəninfo.az”-a İmişlidəki mənbələrimizdən daxil olan məlumatda bildirilir ki, Vilyam Hacıyev ölkədə olmadıgından onun mətbuat günü ilə baglı təhsil və səhiyyə məsələləri üzrə müavini Səlim Məhərrəmov altı mətbuat nümayəndəsini rayon İcra Hakimiyyətinə dəvət edib. 

Mənbəmiz qeyd edir ki, S.Məhərrəmov jurnalistlərə bildirib ki, rayonun icra başçısı Vilyam Hacıyev məzuniyyətdə oldugundan o, media mənsublarına hansısa hədiyyələr verə bilməyəcək, amma “sizi “stolovaya” (yeməkxanaya) aparıb “obed” ala bilərəm” deyə onları təhqir edib. Səlim Məhərrəmovun bu sözlərinin cavabında isə “Həqiqət və reallıq” qəzetinin baş redaktoru İsrafil Quliyev “Biz bura bir qarın yeməyə gəlməmişik” deyə müavinin cavabını verib. 

Mənbənin sözlərinə görə, bundan sonra “ev sahibi” ilə qonaqlar arasında mübahisə az qala əlbəyaxa döyüşə keçsin. S.Məhərrəmovun mətbuat nümayəndələrinə qarşı bu rəzil və təhqiramiz hərəkəti yəqin ki, cavabsız qalmayacaq. 

Vahid Tagıyev gözünü Ramiz Əmirovun yerinə dikib

İmişlidəki mənbəmizin verdiyi digər bir məlumata görə, rayon təhsil şöbəsinin müdiri Ramiz Əmirovun yerinə göz dikənlərin sayı artmaqdadır.

Mənbənin sözlərinə görə, təhsil şöbəsi müdiri kreslosuna əsas göz dikən və hazırda bu istiqamətdə Təhsil Nazirliyində belə özünə “day-day” axtaran təhsil şöbəsinin müdir müavini Vahid Tagıyevdir. 

Mənbə qeyd edir ki, bir neçə müddətdir Vahid Tagıyev həm rayon İcra Hakimiyyəti , eyni zamanda Təhsil Nazirliyində onu bu vəzifəyə qoymaları ilə baglı təbligat aparmaqla bərabər müəyyən qədər maliyyə də xərcləyib.  

Mənbəninsözlərinə görə,bir neçə müddətdir Vahid Tağıyevhəm rayon icra hakimiyyəti,eyni zamanda Təhsil Nazirliyində onu bu vəzifəyə qoymalarıilə bağlı təbliğat aparmaqla bərabər müəyyən qədər maliyyə də xərcləyib.

Məlumatın nə qədər dogru olub-olmadıgını isə Vahid Tagıyevin mövqeyini öyrəndikdən sonra deyə bilərik. Ona görə də Vahid Tagiyevin də mövqeyini dərc etməyə hazırıq. 

kamran



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az