İmran Xandan ŞOK İDDİA: “Məni buna görə devirdilər”

İmran Xandan ŞOK İDDİA: “Məni buna görə devirdilər”

Parlamentdə keçirilən etimadsızlıq səsverməsi ilə baş nazir vəzifəsindən uzaqlaşdırılan İmran Xan Pişəvərdə keçirilən mitinqdə erkən seçki tələbi irəli sürüb.

Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI) lideri İmran Xan vəzifəsindən azad edildikdən sonra ilk mitinqini Pişəvərdə keçirib.

"Parlament seçkiləri ən qısa zamanda elan edilməlidir, əks halda xalqı küçələrə çıxaracağam”, - İmran Xan deyib.

İnsanları ona qarşı xaricdən qurulmuş siyasi tələyə qarşı dinc aksiyalara çağıran sabiq baş nazir ABŞ-a Pakistanda hərbi baza vermədiyi üçün Vaşinqtonun ölkədə hakimiyyət dəyişikliyi etdiyini iddia edib.

İmran Xan bildirib ki, Pakistan Birləşmiş Ştatlar üçün döyüşür, amma Vaşinqton dron zərbələri ilə günahsız pakistanlıları öldürür.

O, aprelin 16-da Kəraçidə mitinq keçirəcəyini açıqlayıb. (teleqraf.com)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az