Ölkə başçısının sərəncamı ilə "ASAN xidmət”in sədri İnam Kərimov kənd təsərrüfatı naziri təyin edilib. Bu təyinatın ardınca "ASAN xidmət”in mətbuat xidmətinin rəhbəri Anar Hüseynov da nazirliyə transfer edilib.
Dünəndən etibarən bəzi mətbuat orqanlarında İnam Kərimovun daha 4 təyinat həyata keçirdiyinə dair informasiyalar dolaşır. İddialara görə, 3 saylı Bakı Asan Xidmət mərkəzinin direktoru Seymur Mövlayev, 5 saylı Bakı "ASAN xidmət” mərkəzinin direktoru Adil Qasımov, "ASAN xidmət”in İnsan resursları və təlim şöbəsinin müdiri Elvin Paşayev, həmçinin Nəzarət və qiymətləndirmə şöbəsinin müdiri Aqil Quliyev Kənd Təsərrüfatı Nazirliyinə təyinat alıblar.
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Hüseynov hazırda qeyd edilən təyinatların real olmadığını bildirib:
"Mənim özümlə bağlı təyinat oldu və açıqladıq. Hələlik qeyd edilən təyinatlar olmayıb. Əgər olarsa belə, burada gizlədiləcək məqam yoxdur”.
Nazirlik rəsmisi deyib ki, yeni təyinatlar olacağı təqdirdə ictimaiyyətə açıqlama veriləcək.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL