İnəkdə varsınız, Üstəlik,..

İnəkdə varsınız, Üstəlik,..

Elnur Eltürk

İran rejimi yenə də nifrət zəhərini tökməkdədir. Rejim türklərə nifrət etdiyini hər zaman öz əməl və fəaliyyəti ilə təsdiqləyir. Mən rejimin bu gün Azərbaycana olan strateji planları haqqında yox, sistemin türklərə qarşı olan münasibətini hansı prinsiplər üzərində qurulduğunu bir necə kəlmə ilə bildirmək istəyirəm:

Ola bilər ki, bu fikirləri məndən əvvəl ziyalılarımız öz yazılarında qeyd ediblər.  Bununla yanaşı, son günlər İranın Azərbaycana qarşı apardığı iyrənc siyasəti və anti təbliğatı fonunda məsələyə hər bir ziyalı münasibət bildirməlidir.

Keçək əsl məsələyə:

Bu gün rejim Azərbaycan xalqından üzr istəmək əvəzinə, yenə də öz nəzarəti altında olan KİV-lər vasitəsilə ölkənin çoxluğu olan Azərbaycan türklərini təhqir etməkdə davam edirlər. Belə ki, may hadisələrinin 6-cı il dönümü ərəfəsində İran qəzetləri azərbaycan türklərini təhqirlərlə dolu yazılar yazırlar. Bu günlərdə “Etimad” qəzeti Azərbaycan türklərini inəyə oxşadaraq, 2006-ci ildə may hadisələrində onların burunlarını yaxşı əzmələri ilə bağlı məqaləsi rejimin türklərə nə qədər nifrət etdiyinin göstəricisidir.

Əvvəla, onu bildirək ki, hansısa bir toplum öz ölkəsində yaşayan bir toplumu təhqir edirsə, bu millətin mədəniyyətinin aşağı olduğunu, milli dözümsüzlüyünü açıq şəkil ortaya qoyur. Bu isə necə illərdir ki, ölkədə təbliğ olunan vahid İran ideologiyasının çürüdüyünü təsdiqləyir.

Özünü islam ölkələrinin qoruyucusu təqdim edən rejim bir dəfə olsun Ermənistanı və erməniləri təhqir etməyib. Əslində, biz rejimdən bunu gözləmirik. Çünki, mahiyyət etibarilə bir sifətin üzü olan bu dövlətlər türk dünyasının boğazından asılmış artıq ətə bənzəyirlər.

Bu gün İran rejimi mahiyyət etibarilə antitürk ideologiyası üzərində qurulduğu üçün, onun təhqir siyasəti aparmasına normal qarşılamağı düzgün hesab etmirəm, rejimə necə lazımdırsa elədə cavab verilməlidir. Mən demirəm ki, İrana qarşı müharibə elan edək, qeyd etdiyim kimi, hər bir insan rejimə öz münasibətini ortaya qoymalıdır.

Onsuz da Güney Azərbaycan Milli Hərəkatı rejimə öz cavabını verir və bundan sonra verəcək. Rejim nə qədər lovğalansa belə, iynə üstündə oturduğunu hər saniyə ortaya qoyur. İran qəzetlərinin xalqımızı  təhdir etməsini bu faktı təsdiqləyir.

Həmçinin, İran rejimi bir şeyi yaddan çıxarır ki, Firdovsi türkləri təhqir etdiyi üçün, türk sultanı Mahmud Qəznəvi onu bu hərəkətinə görə cəzalandırdı və üstündən 5 əsr sonra isə Əmir Teymur onun məzarı önünə gələrək, türkləri təhqir etdiyi üçün, ayaqlarını şairin məzarına qoyaraq başını qaldırmağı və təhqir etdiyi xalqı dünyaya meydan oxuduğuna səsləməsini Fars şovinistlər heç bir zaman unutmasınlar!!!



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az