İnternetdə meteorit “alverçi”ləri peyda olub

İnternetdə meteorit “alverçi”ləri peyda olub

Rusiyanın Çelyabinsk vilayətində baş verən meteorit yağışı ilə bağlı araşdırmalar davam edir. Polis işçisi Anjelika Çirkova bəzi adamların internetdən meteorit daşı satmağa çalışarkən tutulduğunu bildirib. Polisin əməliyyat tədbirləri nəticəsində ələ keçirilən və meteorit olduğu iddia edilən daş ekspertizaya göndərilib.

Anjelika Çirkova 60 qram ağırlığında olan daşın meteorit olub-olmadığını araşdırmadan sonra müəyyən olunacağını, vətəndaşın isə hər hansı bir zəhərlənməyə qarşı tibbi müayinədən keçiriləcəyini bildirib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az