İqtisadçını təhsil şöbəsinə müdir qoyublar - Deputat

İqtisadçını təhsil şöbəsinə müdir qoyublar - Deputat
Təhsil haqqında qanuna əlavə dəyişikliklərin edilməsinə ehtiyac var.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Fəzail Ağamalı bildirib.

Deputat məktəblərin bir qisminə direktor təyin edilməməsinə də toxunub:

"Bu məsələ hansı formada tənzimlənir ki, Azərbaycanda olan orta məktəblərin 1/6-də direktor yoxdur? Salyanda 20 məktəbin direktoru yoxdur. Rayonda təhsil sektorunun rəhbəri təhsil ilə əlaqəsi olmayan, iqtisadiyyat sahəsində çalışan bir şəxsdir. Qanunvericilikdə optimal yol tapmalıyıq ki, belə hallara yol verilməsin. Digər tərəfdən, repetitorlar bizə ciddi problem yaradır. Bundan başqa, ali məktəbə ikipilləli qəbul var, bu, dünyanın heç bir yerində yoxdur. Bu gün Azərbaycanda 100 mindən çox şagird orta məktəbi bitirir, lakin onların yarısı qəbul olur, yarısı kənarda qalır. Peşə təhsilinin təkmilləşdirilməsi üçün qanunvericiliyə yenidən baxılmasına ehtiyac var”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az