İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun məlumatı

İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun məlumatı

İqtisadi və Sosial Innovasiyalar Institutunun rənbəri Əli Məsimlini Milli Məclisdə Nazirlər kabinetinin 2012-ci ildə fəaliyyəti haqqında hesabata dair çıxışının əsas tesisləri:

2012-ci ilin ən əsas nəticələri- iqtisadiyyatın neft sahəsində 5 faizdən artıq enmə şəraitində qeyri-neft sektorunun 10 faizə yaxın artımı hesabına makroiqtisadi tarazlığın qorunub saxlanılması və müsbət dinamizmin davam etdirilməsi, ikincisi isə sovet dövründən qalan əmanətlərin qaytarılmağa başlanılmasıdır. 

Bununla belə, hesabat barədə bəzi mülahizələrimi bildirmək istərdim:

1. Azərbaycanda ötən il, özündən əvvəlki illərlə müqayisədə korrupsiyaya, eləcə də inhisarçılığa qarşı mübarizə nisbətən genişlənmişdir. Ancaq hələlik həmin sahələrdə görülən işləri yetərli hesab etmək olmaz . İnhisarçılıq əsaslı surətdə aradan götürülməlidir. Sahibkarlığa müdaxilələrin aradan qaldırılması sahəsində təsirli tədbirlər görülməlidir.Azad sahibkarlıq hamıya şamil olunmalıdır. Dövlətın sahibkarlığa dəstəyi gücləndirilməlidir. Korrupsiya ilə mübarizə daha dərin və geniş miqyasda aparılmalıdır.Kölgə iqtisadiyyatı leqallaşdırılmalı və vergiyə gəlb edilməlidir.Bunların həyata keçirilməsi ölkədə iqtisadi və social inkişafa yeni nəfəs verər, müxtəlif səpgili sosial gərginliklərin qarşısını alar və həm də ümumiyyətlə sosial sferadakı gərginlikləri tənzimləmək asanlaşarBu əsasda süni qiymət artımının qarşısını almaq, sahibkarlığı canlandırmaq, əhalinin sosial vəziyyətini sürətlə yaxşılaşdırmaq olar,. 

2.Hesabatda regionlardakı vəziyyətə diqqətin artırılmalıdır. Yerlərdə normal əmək haqqlı iş yerlərinin açılmasına şərat yaradılmalı, bu iş daha çox özəl sektorun dəstəklənməsi yolu ilə sürətləndirilməlidir. Regionlarda, kəndlərdə qaz, su problemlərinin həlli istiqamətində görülən işlərin miqyası genişləndirilməlidir.Hesabatın “deputatlar tərəfindən irəli sürülmüş təklif və tövsiyələrin icrası barədə məlumat” hissəsində ötən il bizim tərəfimizdən qaldırılan Azərbaycan üzrə qazlaşdırma faizi 80 faizdən yüksək olduğu bir şəraitdə Şəkinin 63 kəndindən yalnız 17-sinin və ya 27 faizinin qazlaşdırılması məsələsinə cavab olaraq 2013-cü ildə Şəkinin 50 kənd yaşayış məntəqəsində qazlaşdıma işlərinin aparılmasının nəzərdə tutulduğu bildirilib .Reallıq hissini itirməyən hər kəsə məlumdur ki,2013-cü ilin qalan qalan 9 ayı ərzində Şəkinin 50 kənd yaşayış məntəqəsində qazlaşdıma işlərinin aparılmasını vəd edən hökumətin optimizminə qibtə edirəm,Eyni zamanda höküməti Şəkinin kəndlərinin qazlaşdırılmasına göstərdiyi biganəliyə son qoymağa, bu sahədə işləri sürətləndirməyə, verdiyi vədə real olmayan 50 kəndlə yox,qismən əməl etməyə, yəni bu il heç olmasa, Şəkinin 15 kəndinin qazlaşdırılmasını başa çatdırmağa çağırıram.

3. Son illərdə Azərbaycanda pensiya təminatı, əhalinin sosial müdafiəsi sahəsində zəruri islahatlar aparılır. Bununla belə hələ bizdə sosial müavinətlər çox aşağıdır. Azərbaycanda 309 min nəfərə yaxın insan sosial müavinət alır. Son beş ildə bir nəfərə orta hesabla düşən sosial müavinət 17 manatdan 44 manata çatdırılsa da, yaşayış miniminun 116 manata çatdığı bir şəraitdə bu çox azdır.Bununla əlaqədar olaraq mən yaxın vaxtlarda əmək haqqlarının və pensiyaların artırılması ilə yanaşı,həm də əmək pensiyası almayan insanların aldığı sosial müavinətlərin orta məbləğinin qaldırılaraq tədricən yaşayış minimumuna çatdırılması istiqamətində hökumətin görmək istədiyi işlərin sürətləndirilməsini təklif edrəm.

4.Hökumət gənclər probleminin həllinin sürətləndirilməsi istiqamətində səylərini artırmalı, bu sahədə qəbul olunun proqramın maddələrinin qrafik üzrə həllini təmin etməlidir.Bu sahədə gənclərin layiqlı maaaşlı işlə və mənzillə təminatına daha aktualdır.İpoteka kreditləşməsi elə qurulmalıdır ki, onu alan həmin pula heç olmasa, iki otaqlı mənzil ala bilsin.İlkin ödəniş məsələsi aradan qaldırılmalı, adı ipoteka üzrə faiz dərəcəsi 8 faizdən 4 faizə, sosial ipotekada isə 4 faizdən 2 faizə endirilməlidir.İpoteka kredirlərinin verilməsi təkcə Bakı ilə məhdudlaşmamalı, regionlarda da ipoteka krediti verilməsi istiqamətındə iş aparılalıdır. Bundan əlavə dövlət əhalinin aztəminatlı hissəsinin mənzillə təmin olunması proqramı hazırlayıb həyata keçirilməlidir.Belə mənzillər aztəminatlı və gənc ailələrə ayda təqribən 100 manat ödəməklə uzunmüddətli ödəmə mexanizmi vasitəsilə verilməlidir.

Qarşıdan gələn Novruz Bayramı münasibətilə hamını təbrik edir, bütün sahələrdə uğurlar arzulayıram.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az