Iranlı general: “Ordudakı azərbaycanlı generalların qorzusundan bunu edə bilmədilər”
Iranın Azərbaycana qarşı aqressivliyi bu günün işi deyil. Siyasi hakimiyyətə yiyələnmiş farslar Azərbaycanın bölgədə Türkiyədən sonra ikinci bir Qərb yönlü bir dövlət olmasını həzm edə bilmirlər. Bu sözləri “Vətəninfo.az”a Mahmud Əhmədinecatın əmri ilə istefaya göndərilən İran ordusunu generalarından biri Facebook vasitəsi ilə aparılan müsahibədə bildirib. Adını müəyyən səbəblərdən açıqlamaqdan ehtiyatlanan general bildirib ki, bu gün İranda Azərbaycan əleyhinə aparılan kompaniyanın arxasında birbaşa siyasi hakimiyyət dayansa da Ali Dini Şura da proseslərə dəstək verir. “Amma Azərbaycandakı qardaşlarımız bilməlidirlər ki, müstəqil Azərbaycanımızın əldə etdiyi nə varsa bizim qürurumuz,bizim fəxrimizdi. Biz qapalı bir cəmiyyətdə yaşaya bilərik. Ancaq içimizdəki Azərbaycanı bizdən heçkəs qopara bilməz. Azərbaycan eşqi-sevdası bizim qanımızdadı”. İstefada olan general maraqlı bir məlumatda verib və bildirib ki, İran 2006-cı ildə Xəzərin statusunun həll olunmadığını əsas gətirərək, Azərbaycanın Xəzərdə kəşf olunan neft yataqlarında qazıntı işlərinə başlamasının qarşısını almaq məqsədi ilə müəyyən planlar həyata keçirməklə rəsmi Bakını provakasiyalara çəkməyə çalışıb. “Azərbaycan rəhbərliyi provakasiyalardan birinə tuş gəlmişdi və İranın siyasi hakimiyyəti Bakı üzərinə İran hərbi təyyarələrini göndərmək haqqında qərar qəbul etmişdi. Bu məsıələdə Əhmədinecat birbaşa israr edib və Bakının bombalanmasın istəyib. Amma son anda məslə dayandırılıb”. General bildirib ki, Bakıya hərbi təyyarələrin göndərilməsinin təxirə salınması İran Hərbi qüvvələrində, xüsusəndə hava hücumundan müdafiə qüvvələrində ən yüksək vəzifələrədə olan azərbaycanlı generalların olması olub. “ Biz hər birimiz ayrı-ayrılıqda İranda daxildə baş verənlərə müdaxilə etmə imkanımız olmasa da, Azərbaycanla bağlı həssaslığımız daima var. Kimsə bizi öz qardaş və bacılarımızın üzərinə bomba yağdırmağa məcbur edə bilməz. Əgər o təyyarələr havaya qalxmış olsaydı, bilin ki, ilkin olaraq elə farsların əyalətləri üzərinə bombalar yağacaqdı.Ordudakı hansısa general öz xalqına göydən bomba atacaq qədər fars rejiminin əsarətində deyil. Bu gündə orduda xalqımızı və Azərbaycanımızı sevın qüvvələr var və bu daima var olacaq. Buna şübhə ola bilməz. Əhəmədinecat məhz bunu bildiyi üçün orduda olan azərbaycanlı bir çox generalları istefaya göndərdi. Siyasi hakimiyyətin qorxduğu xalq və ordudakı soydaşlarımızdı.Gözəl bilirlər ki,bizim qarşımızı kimsə ala bilməz”
Kənan