İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin bu gün Bakı şəhəri, Binəqədi rayonunda baş vermiş yanğın hadisəsi ilə bağlı başsağlığı verib.
Vətəninfo.az-ın məlumatına görə, səfirlikdən Trend-ə verilən xəbərdə, səfir yaşayış binasında baş vermiş və bir neçə insanın yaralanması və həyatını itirməsi ilə nəticələnmiş yanğın hadisəsi ilə bağlı öz dərin kədərini bildirir.
M.Pakayin bu ağrılı hadisə ilə bağlı başsağlığı verərək, dost və qardaş ölkə olan Azərbaycan xalqına, xüsusilə, yanğın hadisəsində zərərçəkmişlərin yaxınlarına Uca Tanrıdan səbr diləyir.
Bakıda yaşayış binasında baş verən yanğın nəticəsində ölən 16 nəfərdən 11-nin şəxsiyyəti artıq müəyyənləşib.
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin sədri Şakir Musayev bildirib ki, onların 14-nün meyiti Birliyə gətirilib.
Onlar Cavadov Ömər Vüqar oğlu (yaş yarımlıq), Kərimova Nazilə Malik qızı (39 yaş), Kərimova Ayan Anar qızı (5 yaş), Hüseynov Ayxan Şahin oğlu (2 yaş), Məhərrəmova Fərəh Elnur qızı (3 yaş), bacı-qardaş - Bağırov Sahib Rəhim oğlu (46 yaş), Bağırova Firəngiz Rəhim qızı (60 yaş), Şirinova Zülfiyyə Yavər qızı (43 yaş), Nəcəfzadə Yaşar Fazil oğlu (27 yaş), bacı-qardaş - Eyvazov Davud Hamir oğlu (16 yaş), Eyvazova Ülkər Hamir qızıdır (21 yaş).
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?