İran rejiminin mahiyyəti

İran rejiminin mahiyyəti

Vurğun Həsənli Ankara Universitetinin əməkdaşı, sabiq diplomat

Əvvəla məsələnin doğruluğu dəqiqləşdirilməlidir. Doğru olub olmadığı müəyyənləşdikdən sonra yəqin ki, Xarici İşlər Nazirliyimiz lazımi cavabı verəcəkdir. Amma İran tərəfi aranı gərginləşdirməkdə maraqlı görsənir. Birincisi müqəddəslik məsələsini siyasətdə xal toplamaq üçün istifadə olunmamalıdır. Çünki siyasət hər bir subyekti istifadə edir və onu bir baxıma dəyərsizləşdirir. Əgər İran o şəxsi ki müqəddəs hesab edir, o halda siyasətə qarışdırmasın və gündəmdə saxlamaq yolunu seçməsin. 

Ancaq burada əsas məsələ, müqəddəslik məsələsi adı altında, ölkəmizin suverenliyinə olan dözümsüzlükləridir. Tehran rejimi bilməlidir ki, biz suverenliyimizi fars şovinizmindən almamışıq. Müqəddəs şəhidlərimizin qanı və canı bahasına qazanmışıq. Bunu gec-tez fars şovinistlər qəbul edəcəklər, istəməsələr belə qəbul etmək məcburiyyətində qalacaqlar.

Məsələyə tarixi aspektən baxdıqda, görürük ki molla rejimi heç vaxt bizim müstəqilliyimizi “həzm” edə bilməyib. İndi də edə bilmir. Çünki Azərbaycanın müstəqilliyi demək, güneydəki soydaşlarımızın haqqlarını qorunacaq deməkdir. Bu da İranı qorxudur, narahat edir və aqressivləşdirir. Lakin molla rejimi, bizim millətə qarşı sərgilədikləri düşmənçilik mövqeyindən əl çəkməlidirlər, yoxsa sonlarını sürətlə yaxınlaşdırırlar. Artıq, Azərbaycanımız güclənir, gücləndikcə də dünya azərbaycanlılarının haqqları qorunur. Bundan sonra dünya azərbaycanlılarına qarşı həyata keçiriləcək zülüm və haqqsızlıqlar qarşısında ölkəmiz dik duracaqdır. Bu da İranın indiyə qədər həyata keçirdikləri zülümləri, soyqırımları, assimliyasiya siyasətlərini bundan sonra həyata keçirə bilməyəcəkləri mənasına gəlir. Buna görə də, İran regionda mütəmadi aqressivlik siyasətinə üstünlük verir. Bəlkə də xəyal edir ki, hər hansı müharibə olsun və Azərbaycan təhdid altına girsin. Amma fars şovinizminə ən layiqli cavabı “bir kərə yüksələn bayraq bir daha enməz” şüarı ilə verməliyik. 

Biz Qafqazdakı İran-Ermənistan-Rusiya realizmini unutmamalı. Bu realizmə qarşı ayıq, sayıq olmalıyıq. Çünki hər üç dövlət ölkəmizin inkişafını qısqanır və suverenliyimizin möhkəmlənməsinə qarşı mənfur siyasət həyata keçirirlər. Burada “kapitanlıq” vəzifəsini isə İran öz öhdəsinə götürüb. Düşnənimizi yaxşı tanımalı, dinçilik siyasətinin səmimiliyini mühakimə etməli və ikinci Xocalıların yaşanmaması üçün xalq olaraq düşmənlərimizə qarşı bir olmalı, onlara qarşı “tək yumruq” şəklində gücümüzü göstərməliyik. 

Amma Güney Azərbaycan problemini dünya gündəminə gətirməyimizin vaxtı çatıb demək ki. İranla Güney Azərbaycanın fərqini dünyaya anlatmağa başlamılıyıq. İran Güney Azərbaycan demək olmadığını, İran fars rejimi Güney Azərbaycanda türk xalqının əzildiyini dünyaya agah etməliyik. Güneyli soydaşlarımızın azadlığa qovuşması üçün, onların yanında olmalı, onlara dəstək verməliyik. Bunun üçün yuxarıda da qeyd etdiyim kimi, “tək yumruq” olaraq iqtidarımızla, müxalifətimizlə, dindarımızla, müasirimizlə birlikdə məqsədyönlü çalışmalıyıq. Çünki, dünyada Güney Azərbaycan xalqından başqa əzilən ikinci bir millət-xalq yoxdur.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az