İran təyyarəsinin mühərriki parçalandı

İran təyyarəsinin mühərriki parçalandı
İranda paytaxt Tehrandan hava qalxan və içində 300-dən çox sərnişinin olduğu təyyarənin mühərriki parçalanaraq yerə düşüb.
Vətəninfo.az-ın məlumatına görə, Modern.az xarici mediaya istinadən bildirir ki, Mahan Hava Yollarına aid "Boing 747” tipi təyyarə Tehrandakı Mehrabad hava limanından qalxdıqdan sonra Tehran elinə bağlı İslamşehr mahalı səmalarında qəzaya uğrayıb.
Mühərriklərindən biri parçalanan təyyarə, digər mühərrikin köməyi ilə geri dönərək Mehrabad hava limanına təcili eniş edib.  
Ölkənin cənubundakı Bender Abbas şəhərinə getməkdə olan təyyarədə 300-dən çox sərnişini olduğunu bildirən səlahiyyətlilər, yola düşərkən təyyarədə heç bir problem olmadığını qeyd ediblər.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az