İran Türkiyə ilə sərhədini bağladı
ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, İran qonşu ölkə ilə sərhəddini bağlayıb.
İranın polis rəisi Hüseyin Aştari bu barədə məlumat verib. O, deyib ki,
Türkiyədə iki həftədir baş verən siahlı hücumlar səbəbilə
Yüksək Milli Təhlükəsizlik Şurasının (SNSC) qərarı ilə sərhəddi müvəqqəti olaraq bağlanıb.
İranın "Tasnim" xəbər agentliyinin yaydığı məlumata görə, Aştari bu
barədə açıqlamanı paytaxt Tehranda qatıldığı konfranslardan birində elan
edib.
Türkiyə ilə İran arasında 3 sərhəd keçid qapısı var. Aştari İranın
Hakkari Yüksekova, Van Özalp və Ağrı Doğubeyazıtdakı sərhəddinin tamamilə bağlanıb-bağlanmadığına aydınlıq gətirməyib.
İran
Dəmiryolları Şirkəti Raja da cümə günü qatar reyslərini ləğv etdiyini və türk rəsmilərdən bir
açıqlama olana kimi Ankaraya səfər olmayacağını açıqlamışdı.

İran-Türkiyə sərhədi
Xatırladaq ki, son bir ayda Türkiyədə terror aktlarının sayı artıb. Hadisələr
Surucda baş verən terror aktından sonra daha da çoxalıb.
İyulun 20-də gündüz saatlarında Türkiyə Şanlıurfa vilayətinin Suruc
rayonunda kamikadze terrorçunun aksiyada törətdiyi partlayış nəticəsində
32 nəfər ölüb, yüzdən çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri
alıb.
Bu hadisəni bəhanə edən PKK tərəfdarları Türkiyənin müxtəlif şəhərlərində
zorakılıqlar və hətta ölümlə nəticələnən aksiyalar keçiriblər, silahlı basqınlar törədirlər.
PKK silahlılarının hücumu nəticəsində son bir neçə həftədə 10-dan artıq
şəhid verilib,
yollar kəsilib, onlarla maşın yandırılıb.
Vətəninfo.az