İran və Azərbaycan yenə silkələndi

İran və Azərbaycan yenə silkələndi

Gecə güclü zəlzələ insanları qorxuya salıb

Bu gücə İranda və Azərbaycanda yenidən zəlzələ baş verib. Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən  verilən məlumata görə, təkanlar yerli vaxtla saat 04:11-də Pirquludan 7 km qərbdə, Ağsu ərazisində qeydə alınıb. Maqnitudası 3 bal olan zəlzələ hiss olunmayıb. 

Bir neçə həftə öncə güclü zəlzələ nəticəsində 500 nəfərə yaxın təlafatın qeydə alındığı İranda baş verən təkanların gücü isə daha çox olub. İstiPress-in məlumatına görə, yeraltı təkanlar ölkənin cənub-şərqində qeydə alınıb. Avropa Aralıq dənizi Seysmologiya Mərkəzinin məlumatına görə, təkanların gücü 5,9 bal olub.

Bu gecə saat 02 radələrində qeydə alınan təkanların episentri Kirman şəhərindən 65 km aralıda olub. Hələlik dağıntı və tələfat barədə məlumat yoxdur. 

Xatırladaq ki, noyabr ayının ortasında İran-İraq sərhəddində, Kirmanşah vilayətində güclü zəlzələ olub. Nəticədə yüzlərlə ev dağılıb, 500-ə yaxın insan ölüb. Yaralı sayı isə minlərlə ölçülüb. İrana milyonlarla ziyan vuran zəlzələ 7,2 bal gücündə idi.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az