Vüqar Abbasov Hollandiya və Beynəlxalq Jurnalistlər Birliyinin üzvü
Bu yazıya cavab vermək o qədər də düzgün deyildi bəlkə. Ancaq cavab verməmək də olmadı. Söhbət mənim əsl Türk, millətinə və dininə sadiq bir insan kimi tanıdığım Elnur Eltürkə ünvanlanmış: “Azadxeber.az ifrat və təfrit dolu ittihamlara cavab verdi” başlıqlı yazıdan gedir, əgər buna yazı demək mümkünsə. Kimsəni təhqir etmədim bu günə kimi. Bu gün də etmək fikrim də yoxdur. İndi də şeytana lənət deyib özümü sakit aparmağa çalışdım. Ancaq bəlkə də şeytana lənət deməklə bəzilərini təhqir etmiş oldum.
Ağayi Natiq (sözü gedən yazının müəllifi), siz hardasa təhsil almısız? Sadəcə mənə maraqlıdır. Yazının əvvəlində özünüzü “Azərbaycan milləti”, sonra isə Türk adlandırırsız. Siz kimsiniz? Yeni bir dəb düşüb, insanları ya sonist, ya da ateist adlandırmaq. Bu başdan deyirəm ki, əlhədüllah müsəlmanam və bunu da hər yerdə deyirəm, təbii ki, dinimi soruşan olanda. Bunu ona görə qeyd etdim ki, kimlərsə məni suçlamağa başlamasın.
Siz açıq-aşkar düşmən mövqeyindən yazmısız yazını. İlk növbədə bilməni istəyirəm ki, hər adam mütləq nəsə bir “pərəst” (sizin düşüncənizcə) olmağa məcbur deyil. Daha sonra, siz özünüzü nə hesab edirsiz ki, milyonlarla insanı təhqir edir, namussuz adlandırırsız. Avrovizion yarışmasını tək Azərbaycanda milyonlarla insan sevə-sevə izlədi. Siz bu qədər insandan namuslumu çıxdınız? Nədir sizin fikrinizcə namus? İnsanların hissləri ilə oynamayın və növbəti yazınızla üzr istəyin hər kəsdən. Bu çoz böyük səhvdir (bilməmiş deyilsiz ki, fars dilinə tərcümədə “qələt” deməkdir) eləmisiz. Bir başqasına şər, iftira atmaq axı dinmizlə günah hesab olunur. Siz də özünüzü dinə sadiq hesab edirsiz?
Bütün müsəlmanlar qardaşdır. Bunu siz də qeyd etmisiz. Ardıncada da ermənilərlə əlaqəsi olan müsəlman dövlətlərindən danışır,” ermənilər bütün müsəlmanların düşməni deyil” deyə bildirirsiz. Nə qədər təzadlıdır. Bir qardaşın düşməni digər qardaşın dostu ola bilərmi? Gerçək qardaşlıqdırsa yox. Ancaq təəssüf ki, indi çoxları dinin adından sadəcə öz maraqları üçün istifadə etməyə çalışırlar. Bir çoxları isə ürəkdə doğrudan inanırlar, təmiz bir inamla. Ancaq savadları aşağı olduğundan kimlərinsə təsirinə düşürlər. İnsanlar da var ki, savadları da yetərincədir, imanları da kamildir. Mən sizi daha çox ikinciyə aid edərdim, yazdıqlarınızı oxuyandan sonra. Cahillik heç də yaxşı əlamət deyil. Bunu sözgəlişi dedim. Qaldı ki, Azərbaycanda rusların törətdiklərinə, bunu uşaq da bilir. Burda siz heç bir yeni söz demədiniz. Sizə bir daha məsləhət görərdim ki, gedin biraz elm öyrənin. Peygəmbərimiz (s.a.s) də buyub ki, beşikdən ta qəbr evinə kimi elm öyrənmək lazımdır.
Bir neçə kəlmə də sizin ciddi cəhdlə müdafiə etdiyiniz İran barədə. Neçə onilliklərdir ki, orda yaşayan insanlarımız zülm çəkir. Bundan hər halda məlumatınız olar. Oxumasanız da, mütləq eşitmisiz. Bizlərə “din qardaşıyıq”deyibən ermənilərə hər cür yardım etdiyini də bilməyən yoxdur. Hər imkan düşdükcə Azərbaycana islik etməyə çalışan bir dövlətdir İran. Azərbaycanın müstəqilliyini istəməyən ən birinci dövlətlərdəndir İran. Bu siyahını uzatmaq üçün şox da düşünmək lazım deyil. Sadəcə vaxtımı buna həsr etmək istəmirəm. Sizə ünvanlanmış bu yazını da qısa etməyə çalışdım. Ümid edirəm ki, uzunçuluq edib buna cavab verməyəcəksiz. Mənim daha sizə cavab verməyə nə vaxtım, nə də həvəsim var. Bunu isə ona görə yazdım ki, bəlkə bir yaxşı düşünəsiz və bir az savadınızı artırıb insanlarla necə davranmalı olduğunuzu öyrənəsiz.