İrandan Türkiyəyə xəbərdarlıq

İrandan Türkiyəyə xəbərdarlıq
İranla Türkiyənin münasibətlərini pozmağa çalışan gizli əllər var.
Vətəninfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu İranın Ali Məsləhət Şurasının rəhbəri, keçmiş prezident, ölkənin ən nüfuzlu siyasətçilərindən sayılan Əli Əkbər Haşimi Rəfsəncani Ankaranın Tehrandakı səfiri Hakan Takin ilə görüşü zamanı deyib. O, görüşdə Ankaraya İŞİD-lə bağlı xəbərədarlıq edib:
"İŞİD-in Tükiyədə özünə bazalar qurması bölgəni böyük təhlükəyə ata bilər. Bölgədəki durum bir zəhərə bənzəyir. Bu zəhər türk xalqını zəhərləyə bilər. Türkiyənin önəmli siyasi partyaları ölkə idarəçiliyndə ciddi olmalı, beynəlxalq çıxarlarını gündəmlərinin ən üst sırasına qoymalıdırlar. İranla Türkiyənin münasibətlərini pozmağa çalışan gizli əllər var. Çox ehtiyatlı olmalıyıq. Hər iki ölkə öz daxili təhlükəsizliyini gücləndirlməlidir”.
Toplantıda İranın Xarici İşlər Nazirliyinin başqa bir səlahiyyətlisi isə türk səfirə növbəti xəbərdarlıq edib:
"PKK olaylarında yandırılan İran TIR-ları ilə bağlı çox narahatıq. Hesab edirəm ki, bu məsələ ciddiyə alınmalıdır”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az