Elnur Eltürk
Azadxeber.az saytında əleyhimə gedən ikinci yazını http://www.qurannet.org/haber/295/azadxeberaz-ifrat-v-tfrit-dolu-ittihamlara-cavab-verdi.html oxuyandan sonra, saytın özünü necə gülünc yerinə qoyduğunun bir daha şahidi oldum. Mən Sizi şoupərəst adlandırardım və onu qeyd edim ki, hansısa bir əsər tamaşaya qoyulsaydı, siz onu əla ifa edərdiniz. Çünki yazdıqlarınız şou, şantaj xarakterlidir. Heç olmasa tutarlı faktlar ortaya qoyardınız ki, oxucularınız sizə inanardılar. Bəli, mən TÜRK və eyni zamanda da insanpərəstəm. Üstəlik, dünyanın mükəmməl dini olan islam dininə etiqad edirəm. Həmçinin, islamın qorunub saxlanılmasında misilsiz xidmət göstərən və onu qoruyub saxlayan, həqiqi simasını dünyaya bəyan edən Türkün şanlı tarixi ilə qürur duyan bir millətin oğluyam.
Bəs, siz kimsiniz? Müsəlamanın qeyrəti var, özü də necə lazımdır. Qeyrətimiz var ki, müstəqil dövlətimiz, bayrağımız, azad şəkildə namaz qılmaq üçün məscidlərimiz var. Yoxsa, deyəcəksiniz ki, namaz qılmağa imkanmı vermirlər... Burada yalan danışırsınız. Özü də yekəsindən... Dünyanın bütün yerlərində dövlətçiliyə qarşı çıxanların cəzası sərt olub və olacaq da. Avanturislərin gəlib, ölkəmizdə at oynatmasına icazə verməyəcəyik. Ağıllarından belə keçirməsinlər.
Guya ölkədə Avroviziya yarışması qabağı qey- parad keçiriləcəyi ilə bağlı bəyanatlar verirdiniz, bə nooldu... Deməli, bunu ortaya atanlar da eyni məqsədə xidmət edənlərdir. İndi də deyirsiniz ki, bu yarışma qeylərin yarışmasıdır. Nə üçün yazmırsınız ki,16 yaşlı gəncə təzavüz edən İran mollası ölümə məhkumdur? Ondan yan qaçırsınız. Axı, bunu demək sizlərə sərf etmir...
Çox dindən, imandan danışırsınız, sizə keçən dəfə sual verdim ki, Güney Azərbaycanda nələr yaşanır və 35 milyon bir millətin hüquqları pozulur. Niyə səsiniz çıxmır? Həəə... Axı, onlar da bizim özümüzü almaqla yanaşı, bir dinə etiqad edirik. Ağeyi, Ruhulla bəy, bu haqda da danışmaq lazımdır.
Saytda əleyhimə heç bir ittiham tapa bilməyib, məni sionist, İrsailpərəst və s. adlandırırsınız. Məni tanıyanlar bilirlər ki, mən nə ateistəm, nə İsrailpərəst, nə də orada dediyiniz yalançı ittihamlara qulluq edirəm. Allaha inanıram, onun yer üzündə olan elçisi Məhəmməd Peyğəmbəri, onun əhli-beytini, “rəşidi-xəliflərini” qəbul edirəm. Yəni, orada dini baxışlarımla bağlı dediyiniz fikirlər fiaskoya uğradı. Yenə yazırsınız ki, həqiqi islamın tərəfdarılıyıq və özünüzü haqqın yanında olan kimi tədqim edirsiniz. Mən buna görə, Sizə min afərin deyirəm.
Bəs, İran rejimi öz qanından olanları həşərata və ya heyvana bənzədəndə niyə səsiniz çıxmadı? İranın Etimad qəzeti içi sən qarışıq bütün Azərbaycanlıları inəyə oxşadan zaman səsiniz gəlmədi, buna nə deyəcəsəksiniz? Burada deməlisən ki, İnək sənsən, sənin simanda avanturistlərdir. Hə, deyəsən ağalarınız bu haqda danışmağa qoymurlar. Qoymazlar da. Sizələrə danışmaq üçün limit qoyublar. Bu limitdən kənara çıxsanız, ağeyi Ququli tərəfindən cəzalandırılarsınız. Nə etsəniz də, saytınızdan İran rejiminin iyi gəlir.
Yazırsınız ki, Azərbaycan millət vəkilləri dığaların abidəsini ziyarət ediblər. Burada iki yanlışlığa yol vermisiniz. Bunu da Sizin qeyri-peşəkarlığınızla bağlayırdım: Birinci istinadət etdiyiniz mənbə ölkəmizdə etnik separatçılığı təbliğ edən saytdır, ikincisi, şəkildə olan insanlar bizim millət vəkillərinə oxşamırlar. Çünki, şəkil çox uzaqdan çəkilib. Yox, əgər həqiqətdən belə şey olsaydı, sizcə erməni saytları şəkli uzaqdan çəkərdilərmi? Əsla yox, özünüzü gülünc yerinə qoymağınız bəsdir.
Mənə Gürcüstan prezidentini misal çəkirsiniz. Burada söhbət İrandan gedir. Heç olmasa Gürcüstanda öz dilimizdə qəzet, jurnal və s. çıxır. İran rejimində o da yoxdur. Üstəlik, İran bir müsəlman dövləti olaraq, Ermənistanın yox, bizim yanımızda olmalı idi. Sözümün sonunu İranın keçmiş xarici işlər naziri Rza Əkbər Vilayətinin sözləri bitirmək istərdim. Azərbaycanda müstəqillik hərəkatı uğrunda mübarizəyə başlayanda, o Moskvaya səfərində belə söz demişdi ki, Azərbaycanın müstəqil dövlət olması, İranın milli təhlükəsizliyi üçün təhdiddir”. Elə buradan aydın olur ki, İran Azərbaycandan nə istəyir!!!