İranlı ayətullah Azərbaycana ultimatum verdi - ŞOK

İranlı ayətullah  Azərbaycana ultimatum verdi - ŞOK

İranlı ayətullah Müctəhid Şəbistəri Azərbaycanın Təbrizdəki konsulluğuna ultimatum verib.

"Veteninfo.az"ın verdiyi xəbərə görə, ayətullah Bakıda “Evrovizion” ərəfəsində keçiriləcək gey-parada etiraz olaraq bir qrup Təbriz sakini ilə birgə konsulluğun qarşısında etiraz aksiyası keçirəcəklərini bildirib. Baş konsul Əli Əlizadə Müctəhid Şəbistəri ilə görüşərək etiraz aksiyasının keçirilməsi nəzərdə tutulan aksiyanın qarşısını almağı xahiş edib: “Sabah Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Tehrana səfər edərək, özünün iranlı həmkarı ilə görüşüb, danışıqlar aparacaq. Bu görüşdə iki ölkə arasındakı əlaqələrin genişləndirilməsi habelə yaranmış yanlış düşüncələrin həll edilməsi üzrə məsələlər araşdırılacaq”.
Baş konsul əlavə edib ki, Avroviziya Müsabiqəsinin keçirilməsi, Azərbaycan Respublikası nümayəndələrinin keçən ilki müsabiqələrdə qalib gəlməsinin nəticəsi idi və bu müsabiqə zamanı qeylərin parad keçirməsi üçün də hər hansı bir proqram nəzərdə tutulmayıb.
Ayətullah Müctəhid Şəbistəri Ayətullah Təbrizin dindar əhalisi Azərbaycanda belə bir paradın keçirilməsi xəbərinə təəssüfləndiyini deyib. Onu da əlavə edib ki, əgər bu gün axşama qədər Azərbaycan hökuməti rəsmi bəyanatla gey-paradın keçirilməyəcəyini elan etsə aksiya keçirməyi dayandıracağıq.
Ayətullah Müctəhid Şəbistəri sonda Qarabağ münaqişəsinə habelə Şuşanın işğal edilməsinin ildönümünə işarə edərək buna təəssüfləndiyini bildirib: "Biz həmişə Azərbaycan Respublikasının ərazi bütövlüyünü himayə etmişik və ermənilərin işğalçılığını da pisləyirik. Bizim Azərbaycan Respublikası Dövlətindən istəyimiz budur ki, bu kimi məsələlərlə məşğul olmaq yerinə işğal edilmiş ərazilərlə bağlı tədbir görsünlər".

Qafqazinfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az