İranlı generalın növbəti hədəfi: Əsədin sonuncu qalası...

İranlı generalın növbəti hədəfi: Əsədin sonuncu qalası...
İran generalı Qasım Süleymani Suriyanın Lazkiyə şəhərindədir.
Vətəninfo.az Axar.az-a istinadla xəbər verir ki, Süleymani Suriyanın qərbində İran əsgərləri və Livan Hizbullahına rəhbərlik edir.
"Röyters" agentliyi Süleymaninin Lazkiyədə olduğunu təsdiq edib. Məlumata görə, Süleymani sonuncu dəfə Lazkiyədə İran əsgərləri və Hizbullah döyüşçülərinə xitab edərkən görüntülənib. Sosial mediada yayılan şəkillərdən Süleymaninin yorğun olduğu, bir qrup insanın onu müşayiət etdiyi görülüb. Lazkiyə Suriya Prezidenti Bəşər Əsədin sonuncu qalası kimi qələmə verilir. Bu şəhərin əldən getməsi Əsəd rejiminin sonu kimi dəyərləndirilir.
Rusiyanın Suriyaya girməsində Süleymaninin birbaşa vasitəçiliyi etdiyi, bu səbəbdən onun Rusiyaya səfər etdiyi, Prezident Putin və Müdafiə naziri Sergey Şoyqu ilə görüşdüyü qeyd edilib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az