Deyirəm qulaq gündə bir söz eşitməsə, o, məsələ olar. Belə ki, bu gün saytımızın əməkdaşı Oral Mədənçi səhər mənə zəng edib deyəndə ki, səni iranyönümlü azadxeber.az saytında tənqid ediblər( http://www.qurannet.org/haber/260/bu-da-avroviziyanin-azrbaycan-cavanlarina-bxs-etdiyi-ruhiy.html )açığı gülməyib tutdu və dostuma bu haqda məni xəbərdarlıq etdiyi üçün ürəkdən təşəkkürümü bildirdim.
Və ayrıca olaraq, Orala ayıq və sayıq olduğuna görə xüsusi təşəkkürümü çatdırdım.
Onu da qeyd edim ki, haqqımda belə yönümdə yazılara rast gəlməyim birinci dəfə deyil. Guya saytın yazarı mənim “Bizə belə bayraq sevginiz lazım deyil” adlı məqaləmdən həm qəhərlənib, həm də təəssüflənib. Ona görə təəssüflənib ki, guya yazı da “Eurovision” yarışmasının adını çəkməklə şəhidlərin ruhunu təhqir etmişəm və s. Dini dəyərlərimizdən kənara çıxmışam. İndi mən burada “Eurovision” yarışmasının əhəmiyyəti haqqında danışmayacam və buna heç həvəsim də yoxdur. Yaxşı, mənim yazara bir neçə sualım var:
Onu da qeyd edim ki, ola bilər ki, mənim yazımla heç kim razılaşmaya bilərlər və hətta tənqid də edə bilərlər, bunu normal qəbul edirəm.
Keçək suallarımıza. Yaxşı, Azərbaycanın bayrağı təhqir olunarkən, Urmiya gölünün başına min oyun açılarkən, üstəlik İran Ermənistana hər tərəfli yardım edərkən “Sizlər” haralarda idiniz?... Hələ, Xocalıda din qardaş və bacılarınızın namusları tapdalanarkən İran sifətlər qəh-qəhə ilə Köçəriyanlarla, Sarkisyanlar kimi cinayətkarla gülüşüb, birgə qardaşlıqlarını gücləndirirdilər.
Niyə saytınız bu haqda hansısa ayətullahın açıqlamasını verməyib. Bu suala yenə də İran sifətli cavablar verəcəksiniz, əzizlərim özünüzü və milləti aldatmayın. Bir dəfə olsun İrandan Qarabağ məsələsinə dair doğru-düzgün xeyrimizə bəyanat eşitmədik. Hə, deyəcəksiniz Seyid Amili və s. kimlərsə bu yöndə deyiblər, vallah, billah elə açıqlamalar verməkdənsə, Ermənistanı müdafiə etməkdə davam etmələrini tövsiyyə edirəm. Neynirəm ki, mahiyyətində Ermənistanı müdafiə etmək, üzdə isə guya Azərbaycan xalqının yanında duran bəyanatlar verirlər. Qarşınızda uşaq yoxdur. Üstəlik, 20 illik müstəqil dövlətçiliyi olan və bir əsrdə dörd dəfə azərbaycan türklərini soyqırıma məruz qoyan, İran rejiminin əməllərini müfəssəl şəkildə bilən insanlar var.
Həzarətlər indi ayılmaq zamanıdır. Güvəndiyiniz İran rejimi çökməkdədir. Yoxsa, özünüzə gün ağlamasanız, qarşıdan gələn sel Sizləri süpürüb dənizə atacaq. Onda Sizi heç kim qurtara bilməyəcək. Demək məndən, nəticə çıxartmaq isə...
Elnur Eltürk