İRAN SAYTI: İRAQDAKI MÜXALİF MÜCAHİDLƏR 5 ÖLKƏYƏ, O CÜMLƏDƏN AZƏRBAYCANA KÖÇÜRÜLƏCƏK
"Veteninfo.az" mediaforum saytına istinadən bu xəbəri verir
ABŞ İran İslam Respublikasının əsas müxalif qüvvələrindən sayılan İran Xalq Mücahidləri Təşkilatı üzvlərinin İraqdan köçürülməsi üçün 5 qonşu ölkə ilə razılığa gəlib. Məlumatı İranın hökumət saytlarından olan “İsna.ir” saytı aprelin 12-də yayıb.
Saytın məlumatına görə, iranlı müxaliflərin köçürüləcək ölkələrdən birinin də Azərbaycan Respublikası olduğu bildirilir: “Bu terrorçu qruplaşma üzvlərinin İraqdan çıxarılması qəti olduqdan sonra ABŞ 5 ölkə ilə danışıqlar aparıb. Əldə olunmuş razılaşmaya əsasən, terrorçu qruplaşma üzvləri ABŞ-ın Orta Şərqdəki müttəfiq və dostları sayılan Səudiyyə Ərəbistanı, İordaniya, Azərbaycan Respublikası, Qətər və Pakistan arasında paylanacaq”.
Xalq Mücahidlər Təşkilatı İranda şahlıq dövründə yaradılıb. Təşkilat 1980-ci illərdə İran İslam Respublikasına qarşı silahlı mübarizə aparmağa başlayıb. Silahlı müqavimət məğlubiyyətə uğrayandan sonra Xalq Mücahidlər Təşkilatının minlərlə üzvü edam edilib, on minlərlə üzvü isə xarici ölkələrə mühacirət edib. Təşkilatın silahlı qanadı əsasən İraqdakı “Əşrəf” hərbi qərargahında məskunlaşıb. ABŞ-ın 2003-cü ildə İraqa hərbi hücumundan sonra bu ölkədəki mücahidlər tamamilə tərksilah edilərək “Əşrəf” qərargahında nəzarət altında saxlanılıb.
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“Ramiz Mehdiyev və Əli Həsənovun xalqdan oğurladıqları geri qaytarılacaqmı?”
Ermənilər Şeyxi hədəfə aldı...