İrəvanda əməliyyat başlanıb -Silahlı dəstənin zərərsizləşdirilməsi üçün
İrəvanda silahlı dəstənin ələ keçirdiyi polis bölməsinin azad edilməsi üzrə əməliyyat başlanıb
İrəvanda iki həftə əvvəl silahlı dəstə tərəfindən ələ keçirilən polis post-patrul xidməti alayı ətrafında mütəmadi olaraq partlayış və atəş səsləri eşidilir.
"Report" TASS-a istinadən xəbər verir ki, bu səbəbdən Ermənistan hüquq-mühafizə orqanlarının silahlı dəstənin zərərsizləşdirilməsi və bölmənin azad edilməsi istiqamətində əməliyyata başladığı ehtimal edilir.
Rəsmi mənbələr baş verənləri hələ ki, şərh etmirlər.
Miq.az