İrəvanda silahlı qrupa dəstək aksiyası keçirilir

İrəvanda silahlı qrupa dəstək aksiyası keçirilir
İrəvanın Azadlıq meydanında polis alayının binasını ələ keçirmiş silahlı qrupa dəstək aksiyası keçirilir.
 
APA-nın  "NEWS.am”a istinadən verdiyi xəbərə görə, meydana çoxlu sayda etirazçı toplaşıb. Aksiyaya "Böhran Təşəbbüs Şurası”nın üzvü Albert Baqdasaryan rəhbərlik edir.  
 
"Bu gün hətta müəyyən səbəblərdən tərəddüd edən vətəndaşlar belə ümumxalq hərəkatına qatılıb”, - deyə o çıxışında bildirib.    
 
Qeyd edək ki, iyulun 29-na keçən gecə İrəvanda polis binasını ələ keçirmiş silahlı qrupa dəstək aksiyası zamanı baş vermiş toqquşmalar zamanı 161 nəfər saxlanılıb, xəsarət almış  73 nəfər xəstəxanalara müraciət edib. Polisin güc tətbiq etməsi nəticəsində 10-dək jurnalist zərər çəkib.   

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az