İş adamının 16 yaşlı oğlu öldürüldü
Masallıda yanacaqdoldurma məntəqəsi sahibinin oğlu qətlə yetirilib. Qətl
hadisəsi bu gecə saat 02 radələrində Masallı rayon Sərçuvar kəndi
ərazisində törədilib.
Masallı Rayon Prokurorluğunun böyük müstəntiqi Elmar Əhmədlinin ANS
PRESS-ə verdiyi məlumata görə, Sərçuvar kənd sakini 1999-cu il
təvəllüdlü Həmid Bayram oğlu Məmmədov ürəyindən bıçaqlanıb. Gənc oğlan
aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.
Vətəninfo.az ANS PRESS-ə istinadla xəbər verir ki, 1976-cı il təvəllüdlü Rövşən Əhmədağa oğlu
Zamanov və bir neçə dostu yanacaq almaq üçün yanacaqdoldurma
məntəqəsinə gəlib. Onlar maşına 3 manatlıq yanacaq vurduqdan sonra
ödəniş etmək istəməyiblər.
Bu zaman məntəqədə işləyən işçi ilə müştərilər arasında mübahisə düşüb.
Onlar pulu ödərərək ərazidən uzaqlaşıblar. Lakin gecə 01:30 radələridə
R. Zamanov dostları ilə birgə yenidən məntəqəyə əvvəlki mübahisəni həll
etməyə çalışıb.
Bu zaman məntəqə müdirinin oğlu Həmin Məmmədov da ərazidə olub. Başlayan
mübahisə və dava zamanı Rövşən Zamanov gənci ürəyindən bıçaqlayaraq
öldürüb.
Bundan sonra o hadisə yerindən qaçıb. Lakin uzağa gedə bilməyib. Rövşən
səhər saat 10 radələrində Masallı polisi tərəfindən həbs edilib. Digər 3
nəfərin isə şəxsin axtarışı davam edir.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.