İsa Qəmbər, Arif Hacılı və Gülağa Aslanlı Baş Prokurorluğa çağırılıblar

İsa Qəmbər, Arif Hacılı və Gülağa Aslanlı Baş Prokurorluğa çağırılıblar
Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər, Müsavat Partiyasının başqanı Arif Hacılı və partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıblar.

Miq.az Report-a istinadən xəbər verir ki, onları idarənin  mühüm işlər üzrə müstəntiqi Əli Babayev qəbul edəcək.

İ.Qəmbərin, A.Hacılının və G.Aslanlının Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılması bir müddət əvvəl həbs edilən Əfqan Muxtarlının cinayət işi ilə əlaqədardır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az