Müsavat başqanının namizədliyini istəməyənlər hərəkətə keçdi
Müsavat Partiyasının başqanı İsa Qəmbər prezidentliyə namizəd olmaq istəyini açıqlayınca, müxalifət düşərgəsində böyük hərəkətlilik yaranıb. Namizədliyini tələm-tələsik irəli sürən kim, “Qərarımı yaxın vaxtlarda açıqlayacam” - deyib başqanın namizədliyinə qarşı çıxanlar da az deyil. Müsavat başqanının namizəd olmasını istəməyən gənc şairlərdən biri bununla bağlı yazdığı şeiri "Veteninfo.az" saytına təqdim edib.
Şeir son dövrlər məşhurlaşmış “Tı kto takoy, davay do svidaniya” meyxanasına nəzirə olaraq yazılıb. Müəllifin bildirdiyinə görə yaxın günlərdə şeirə klip də çəkiləcək və o internetdə yayınlanacaq.
(Bu şeirin müəllifi bizə məlum olsa da, şeir müəllifinin müxalifət düşərgəsində başqa bir qanadda olduğunu və Müsavat Partiyası ilə şəxsi münasibətləri nəzərə alınaraq müəllif adının çəkilməsini istəmir).
İsa Qəmbər, davay do svidaniya!
Tikan olub yol üstündə bitmisən,
Döyüş anı gələndə sən itmisən.
2003-də çıxıb evə getmisən,
İndi də get, qud bay do svidaniya.
İsa Qəmbər, davay do svidaniya
Bilmədik nə yapdın, nə yoğurdun,
Proqramın vardı, adı «Uğur»du...
Camaatı qələbəyə çağırdın,
Sonra dalay-dalay, do svidaniya.
İsa Qəmbər, davay do svidaniya.
20 Yanvar – unutdun millət dərdin,
Xalqı qoyub tez qaçıb evə girdin,
Qırğın vaxtı pürrəngi çay içirdin, …
Yenə dəmlətdir çay, do svidaniya.
İsa Qəmbər, davay do svidaniya.
Özün də öz gedişindən çaşmısan,
Nizamnamə tələbini aşmısan,
Birdəfəlik dövlətlə anlaşmısan,
Dincəlmək vaxtıdı, daha yaşlısan,
Sənin reysin Havay, do svidaniya.
İsa Qəmbər, davay, do svidaniya.