İşğal olunmuş ərazilərimizdəki yeraltı sərvətlər açıqlanıb

İşğal olunmuş ərazilərimizdəki yeraltı sərvətlər açıqlanıb

Vətəninfo.az  Modern.az-a istinadən xəbər verir ki, Azərbaycanın ən zəngin faydalı qazıntı yataqları Ermənistan tərəfindən işğal olunmuş ərazilərdədir.

Azərbaycan Respublikası Ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində məruz qalınan itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, işğal edilmiş ərazilərdə sənaye əhəmiyyətli ehtiyatlarla səciyyələnən 5 qızıl, 6 civə, 2 mis, 1 qurğuşun və sink, 19 üzlük daşı, 10 mişar daşı, 4 sement xammalı, 13 müxtəlif növ tikinti daşları, 1 soda istehsalı üçün xammal, 21 pemza və vulkan külü, 10 gil, 9 qum-çınqıl, 5 tikinti qumu, 9 gips, anhidrid və gəc, 1 perlit, 1 obsidian, 3 vermikulit, 14 əlvan və bəzək daşları (əqiq, yəşəm, oniks və s.) 11 yeraltı şirin su və 10 mineral su yatağı olmaqla, 155 müxtəlif növ faydalı qazıntı yataqları var.

Ümumiyyətlə isə, Kiçik Qafqaz kimi geoloji baxımdan mürəkkəb və rəngarəng meqaantiklinoriumda aparılmış geoloji-planlama, axtarış və kəşfiyyat, eləcədə müxtəlif geofiziki işlər nəticəsində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində 64 dövlət balansında qeydiyyata alınmış yataq, 159 sənaye əhəmiyyəti daşıyan, 145 sənaye perspektivliyi hələ tam təsdiq olunmamış (bunun isə əsas səbəbi həmin ərazilərdə geoloji işlərin dayandırılmasıdır) yataq və təzahür, həmçinin, 194 perspektivli sahə olmaqla 561 ədəd yataq, təzahür və perspektivli sahələr mövcuddur.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az