Tanınmış vəkil İsaxan Aşurov vəfat edib. Bu barədə mərhumun dostu Elton Quliyev xəbər verib.
Onun sözlərinə görə, mərhum vəkil uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, bir neçə dəfə əməliyyat olunsa da, xəstəliyin qarşısını almaq mümkün olmayıb. İ.Aşurov müalicəyə getdiyi ABŞ-da dünyasını dəyişib.
İsaxan Qara oğlu Aşurov 1955-ci ilin 1 avqustunda Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1972-ci ildə Faxralı kənd orta məktəbini bitirmiş, elə həmin ildə də Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunmuşdur. 1977-ci ildə həmin fakültəni bitirmişdir. 1977-1981-ci illərdə Qazax Polis Şöbəsində, 1981-84-cü illərdə Tovuz rayon Polis Şöbəsində müstəntiq, 1984-89-cu illərdə isə SSRİ DİN-nin Baş İstintaq Qrupu istintaq briqadasının müstəntiqi vəzifəsində çalışmışdır. 1989-1991-ci illər ərzində Tovuz polis şöbəsində istintaq bölməsi rəis, 1991-1992-ci illərdə Göyçay rayon Polis Şöbəsində baş müstəntiq, 1992-1993-cü illərdə Qazax rayon Polis Şöbəsinin rəisi vəzifəsində işləmişdir. 1993-1994-cü illərdə vəzifə səlahiyyətlərindən istifadə edərək Sürət Hüseynova və digərlərinə qarşı müqavimət göstərmiş, dövləti müdafiə etdiyinə görə həmin dəstə tərəfindən həbs edilmişdir. 1994-cü ildə həbsdən azad olunmuşdur. 1996-cı ildən vəkil kimi çalışır. Ailəlidir, 4 övladı var. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?