İşçi axtarılır: 100 min manat maaş veriləcək

İşçi axtarılır:  100 min manat maaş veriləcək
İngiltərə Krallığı kraliça II Elizabetin qatıldığı tədbirləri "Facebook” və "Twitter”də paylaşacaq sosial şəbəkə redaktoru axtarır.

"Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi məlumata görə, Bukinqem sarayından verilən açıqlamada sosial şəbəkə redaktorunun ildə 50 min sterlinq (təxminən 100 min manat) əmək haqqı alacağı bildirilir.

"Bundan əlavə, ona ildə 33 günlük tətil, ödənişsiz günorta yeməyi və hədiyyələr veriləcək. Bunun müqabilində o, kraliçanın rəsmi səfərlərini, qatıldığı tədbirləri və kraliçanın elanlarını milyonlarla insana çatdırmalı, xeyli izləyici toplamalıdır”, deyə elanda qeyd olunub.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az