İsgəndər Həmidov polisə aparıldı və sərbəst buraxıldı - ŞƏKİDƏ
Sabiq daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatı adlı təşkilatın təsisçilərindən biri İsgəndər Həmidov saxlanılıb.
Bu barədə məlumatı "facebook" sosial şəbəkəsində Azərbaycan Milliyətçi Demokratik Partiyasının sədri Qələndər Muxtarlı verib. Onun sözlərinə görə, sabiq nazir Şəkidə saxlanılıb:
"Sabiq müdafiə naziri Rəhim Qazıyevin anasının vəfatının ildönümü ilə əlaqədar olaraq yas mərasiminə gedən İsgəndər Həmidov Şəki rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, 1 saata yaxındır ki, polis bölməsindədir. Barəsində və həbsin motivləri haqqında məlumat verilmir. İsgəndər Həmidovun maşını da Polis bölməsinin həyətinə salınıb”.
Bu dəqiqələrdə verilən məlumata görə, İsgəndər Həmidov sərbəst buraxılıb.
Miq.Az