İsgəndər Həmidov Tural Abbaslını vurmaq istədi - Rəhim Qazıyev isə...+ Video

İsgəndər Həmidov Tural Abbaslını vurmaq istədi - Rəhim Qazıyev isə...+ Video

Azərbaycan Xalq Hərəkatının iclasında dava düşüb. "Qafqazinfo”nun verdiyi xəbərə görə, mübahisə öncə iclasa sədrlik edən Tural Abbaslı və İsgəndər Həmidov arasında başlayıb.

T.Abbaslının tərəfdarları da kənardan atmacalarla mübahisəyə müdaxilə ediblər. Rəhim Qazıyev çıxış edərkən isə yerdən etirazlar artıb, "səhv edib sizi müdafiə etmişik” deyən iclas iştirakçısına Qazıyevin "gədə” deməsi mübahisənin qızışmasına səbəb olub. R.Qazıyevin üstünə hücum etmək istəyən iclas iştirakçısını sakitləşdiriblər. Bu zaman isə keçmiş nazir Qazıyev söyüş söyüb.

Ardınca Tural Abbaslı İsgəndər Həmidovu "pozuculuq”da ittiham edib. Sabiq daxili işlər naziri ayağa qalxaraq Abbaslını vurmağa cəhd edib. Qazıyev isə iclası tərk edib.
[video=http:// ]
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az