İŞİD komandiri 6 milyonu oğurlayaraq Türkiyəyə qaçdı

İŞİD komandiri 6 milyonu oğurlayaraq Türkiyəyə qaçdı
Suriyanın Haseki şəhərində İŞİD-in Tunis əsilli komandiri Əbu Fatimə əl-Tunusi ötən ay təşkilatın kassasından 6 milyon dollar pulu oğurlayaraq qaçıb.
 Moderator.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, İŞİD komandiri qaçarkən, kassada bir yazılı məktub da qoyub.
 Oğurluq edən komandir məktubunda İŞİD-ə müraciət edərək yazır: "Ey axmaq İŞİD üzvləri. Nə İslam dövləti, nə xilafət?”
 Qeyd edək ki, Suriyadan Türkiyəyə qaçdığı ehtimal edilən İŞİD-in sabiq komandiri hazırda təşkilat tərəfindən axtarılır. Əbu Fatimə əl-Tunusinin tutulması üçün İŞİD xüsusi əməliyyata başlayıb.
Vətəninfo.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az