İŞİD terrorçuları Raqqada futbolçuları edam ediblər

İŞİD terrorçuları Raqqada futbolçuları edam ediblər
 İŞİD silahlıları Suriyanın "Əş-Şadad” futbol klubunun dörd oyunçusunu Raqqa şəhərində edam ediblər.  
 
APA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, silahlılar izdiham qarşısında dördü idmançı olmaqla beş nəfərin başını kəsərək edam ediblər.  
    
Tükürpədici qanlı hadisə şəhərin mərkəzi Əl-Dəllə meydanında baş verib.   
 
"Daily Mail”in xəbərinə görə, terrorçular futbolçuları kürd silahlı birləşmələrinə casusluqda ittiham olunublar.  

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az