İsrail İrana MÜHARİBƏ elan etməyə hazırlaşır - Parlament təsdiqlədi

İsrail İrana MÜHARİBƏ elan etməyə hazırlaşır - Parlament təsdiqlədi

İsrail Parlamenti Baş Nazir Binyamin Netanyahu və müdafiə naziri Aviqdor Libermanın müharibə elan etməsinə icazə verən qanunu təsdiqləyib.

Knessttdə qəbul edilən qanuna əsasən, artıq bu iki şəxs fövqəladə hallarda hökumətdən razılıq almadan müharibə elan edə biləcək.

Qanun səs çoxluğu ilə qəbul edilib.

Qeyd edək ki. səsvermədən əvvəl İsrail kəşfiyyatı İranın nüvə silahı istehsal etmək üçün gizli bir proqram üzərində işlədiyinə dair dəlillər əldə etdiyini irəli sürmüşdü. Netanyahu rəsmi Tehranı nüvə silahlarının istehsalına dair arxivləri gizlətməkdə və gələcəkdə nüvə istehsalını bərpa etmək niyyətində olmaqda günahlandırıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az