Rafael Harpaz: "Əminik ki, münaqişə sülh yolu ilə həll olunacaq"
Azərbaycan və İsrail arasında əlaqələr güclü, ciddidir və qarşılıqlı hörmətə əsaslanıb.
Vətəninfo.az-ın məlumatına görə, bunu jurnalistlərə İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz bu ölkənin milli bayramı – müstəqilliyinin 67-ci öldünümünə həsr edilmiş tədbirdə deyib.
Onun sözlərinə görə, iki ölkə arasında dərin iqtisadi və siyasi əməkdaşlıq mövcuddur: “Əlaqələr ən yüksək səviyyədədir. Biz energetika sahəsində sıx əməkdaşlıq edirik və bu əlaqələri genişləndirmək istəyirik. Tərəflər, həmçinin telekommunikasiya, elm, turizm, tibb və su texnologiyaları, kənd təsərrüfatı sahələrində əməkdaşlığı inkişaf etdirirlər”.
Səfir qeyd edib ki, İsrail Bakıda keçiriləcək I Avropa Oyunlarında geniş tərkibdə iştirak edəcək.
R.Harpaz əlavə edib ki, İsrailin yeni hökuməti iki həftədən sonra formalaşdırılacaq, bundan sonra isə ən yüksək səviyyədə səfərlər mümkündür.
Dağlıq Qarabağ münaqişəsinə gəlincə, səfir bildirib ki, İsrailin bu məsələ üzrə mövqeyi aydındır: “Bizim ölkəmiz də münaqişə zonasındadır. Əminik ki, münaqişə sülh yolu ilə həll olunacaq. Biz ATƏT-in Minsk qrupunun münaqişənin həllində göstərdiyi səyləri, eləcə də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik”.
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib
İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! – Hikmət Hacıyev
"Türkiyədə Azərbaycan əleyhinə danışmazdan əvvəl iki dəfə düşünməlidirlər" - Deputatdan MESAJ
"AKP-də təmsil olunan bəzi deputatlar Çanaqqala döyüşünü heç vaxt unutmamalıdırlar" - Deputatdan MESAJ
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”