İvanişvili ermənilərə söz verdi

İvanişvili ermənilərə söz verdi

Gürcüstanda yaşayan ermənilərə verilən bütün vədlər yerinə yetiriləcək. 

Vətəninfo.az-ın məlumatına görə, bu barədə Gürcüstanın baş naziri Bidzina İvanişvili ermənistanlı həmkarı Tiqran Sarkisyanla görüşündə deyib. 

Jurnalistlərin seçki kampaniyasında ermənilər verdiyi vədə əməl edəcəyi ilə bağlı suallarına cavab verən İvanişvili qeyd edib ki, seçki kampaniyası zamanı o ermənilərin yaşadığı bütün rayonları gəzib və orada isti qarşılanıb. 

O eyni zamanda Gürcüstanda xeyli erməni dostlarının olduğunu bildirib. 

Gürcü baş nazir Gürcüstanda yaşayan ermənilərə seçki kampaniyasında verdiyi bütün vədləri yerinə yetirəcəyini deyib: "Mən ermənilərin özlərini Gürcüstanda rahat hiss etmələri üçün hər şey edəcəm". 

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az