İzmirdə Şuşanın işğalı ilə bağlı tədbir keçirilib

İzmirdə Şuşanın işğalı ilə bağlı tədbir keçirilib

Türkiyənin İzmir şəhərində Şuşanın işğalının 20-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

“Vətəninfo.az” xəbər verir ki, tədbirdə Türkiyə Azərbaycan dostluq cəmiyyətləri rəhbərləri, Azərbaycan Kültür və Dayanışma Evinin rəhbəri, Bornova rayon sabiq bələdiyyə sədri, Azərbaycanın Türkiyə Respublikasındakı səfirliyinin İzmir nümayəndəsi, Türkiyədə təhsil alan əcnəbi və yerli tələbələr və qardaş ölkədə yaşayan azərbaycanlılar iştirak edib. Tədbirin açılışı Azərbaycan Respublikasının və Türkiyə Respublikasının dövlət himnlərinin səsləndirilməsi ilə olub.

Tədbirdə  Azərbaycan Kültür və Dayanışma Evinin rəhbəri Turgut Arat və Bornova rayon sabiq bələdiyyə sədri Cengiz Bulud çıxış edərək  Şuşanın işğalı , Dağlıq Qarabağ münaqişəsi və işğal olunmuş digər Azərbaycan rayonları haqqında  iştirakçıları məlumatlandırıb.

Tədbirdə həmçinin Azərbaycanın Türkiyə Respublikasındakı fövqəladə səfirliyinin İzmir nümayəndəsi Cavid Əliyev də məruzə ilə çıxış edib.

Tədbir təhsil alan İran azərbaycanlısı Məlihə Əzizpur Qarabağla bağlı yazdığı şerin səslənməsi ilə davam edib. 

Türkiyə Respublikasında dövlət hesabına təhsil alan iqtisad elmləri üzrə fəlsəfə doktorluğuna namizəd Elmir Səfərli və sənət tarixi üzrə fəlsəfə doktorluğuna namizəd Ziyad Quliyev isə  “Qarabağ münaqişəsinin həlli yollarında gənclərin rolu” mövzusunda çıxış ediblər. 

Onlar gəncləri Qarabağ münaqişəsi, işğal altında olan torpaqlar və soyqırımla bağlı dünya ictimaiyyətinin məlumatlandırılması prosesində bu tipli aksiyaların və tədbirlərin daha da aktiv şəkildə keçirilməsinə çağırıb.

Tədbirdə Qarabağ müharibəsi zamanı həlak olan şəhidlərimizin ruhu anılaraq, Quran oxunub və ehsan verilib.

Mirvari Nəcəf



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az