Jirnovskidən Sərkisyana dəstək: Hakimiyyət dəyişikliyinə sevinmək hələ çox tezdir
"Ermənistanda hakimiyyət dəyişikliyinə sevinmək hələ çox tezdir. Xalq Ermənistanın növbəti liderlərinin dövlət və onun vətəndaşlarına nə qədər sadiq olacağıyla bağlı zəmanət əldə edə bilmir. Dəyişiklik hakimiyyətə daha pislərin gəlməyəcəyinə də zəmanət vermir”.
Miq.Az xəbər verir ki, bu sözləri Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib.
Jirnovski daha sonra bildirib ki, Ermənistanda hakimiyyət dəyişikliyi ağrılı nəticələrə gətirib çıxara bilər. Bunun üçün hakimiyyət dəyişikliyinə sevinməyin tez olduğunu bir daha vurğulayıb.
Miq.Az